Hacıqabulda sərnişin avtobusu aşıb

Hadisə Materials 12 İyul 2026 11:20 (UTC +04:00)
Hacıqabulda sərnişin avtobusu aşıb

Bakı. Trend:

Hacıqabul rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Qəza Bakı–Qazax magistral avtomobil yolunun Hacıqabul rayonunun Muğan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Zaqatala–Bakı marşrutu üzrə hərəkət edən iritutumlu sərnişin avtobusu idarəetmədən çıxaraq aşıb. Ilkin məlumata görə, hadisə nəticəsində 30-dan çox sərnişin, o cümlədən azyaşlılar müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralıların hadisə yerindən təcili tibbi yardım briqadalarının köməyi ilə Şirvan və Hacıqabul rayon mərkəzi xəstəxanalarına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti