Bakı. Trend:
Qətər, Pakistan, Türkiyə, Misir və Səudiyyə Ərəbistanının nümayəndələri ABŞ və İran rəhbərliyi ilə iki ölkə arasında gərginliyin azaldılması və onların birbaşa danışıqlara qayıtmasına nail olmaq məqsədilə bir sıra telefon danışıqları aparıblar.
Bu barədə "Axios" portalı mənbələrə istinadən məlumat yayıb.
“Tərəflər arasında eskalasiyaların səngiməsi məqsədilə və daha sonra texniki qruplar arasında danışıqların növbəti mərhələsinin tarixini müəyyənləşdirmək üçün genişmiqyaslı diplomatik səylər göstərilir", – deyə portalın həmsöhbətlərindən biri bildirib.
Vasitəçi ölkələrin nümayəndələri hesab edirlər ki, onlar artıq gərginliyin qismən azaldılmasına nail olublar. Bu məlumatı "Axios"un ABŞ-dəkı diplomatik mənbəsi də təsdiqləyib.
Qeyd edək ki, iyulun 8-də ABŞ Prezidenti Donald Tramp atəşkəsin pozulduğunu bəyan edərək İrana qarşı yeni zərbələrə göstəriş verib. Buna cavab olaraq İran ABŞ-nin Fars körfəzi regiondakı hərbi obyektlərini raket və pilotsuz uçuş aparatları ilə hədəfə aldı. Vaşinqton İranın danışıqlara qayıda biləcəyini istisna etməsə də, Hörmüz boğazının təhlükəsizliyi, nüvə proqramı və digər məsələlər ətrafındakı fikir ayrılıqları sülh prosesinin gələcəyini qeyri-müəyyən saxlayır. Hazırda Hörmüz boğazında ticarət gəmiçiliyi yenidən demək olar ki, iflic vəziyyətə gəlib.
