Azərbaycan nefti ucuzlaşıb

Energetika Materials 10 İyul 2026 09:57 (UTC +04:00)
Azərbaycan nefti ucuzlaşıb
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı.Tredn:

Azərbaycanın Azeri Light markalı neftinin İtaliyanın Auqusta limanında CIF bazasında qiyməti əvvəlki göstərici ilə müqayisədə 2,98 ABŞ dolları və ya 3,6 faiz azalaraq bir barel üçün 79,09 ABŞ dolları təşkil edib.

Bu barədə neft bazarının iştirakçılarının məlumatında bildirilir.

"Məlumata əsasən, Azərbaycanın Azeri Light markalı neftinin Türkiyənin Ceyhan limanında FOB bazasında qiyməti 3,1 ABŞ dolları və ya 3,9 faiz azalaraq bir barel üçün 76,31 ABŞ dollar təşkil edib. URALS markalı xam neftin qiyməti əvvəlki göstərici ilə müqayisədə 3,5 ABŞ dolları və ya 7,1 faiz azalaraq bir barel üçün 45,93 ABŞ dollarına düşüb. Şimal dənizində hasil olunan Dated Brent markalı neftin qiyməti isə əvvəlki göstərici ilə müqayisədə 2,97 ABŞ dolları və ya 3,8 faiz azalaraq bir barel üçün 75,39 ABŞ dollarına çatıb", – məlumatda deyilir.

Qeyd edək ki, Azərbaycanın 2026-cı il dövlət büdcəsində neftin bir barelinin orta qiyməti 65 ABŞ dolları səviyyəsində nəzərdə tutulub.

"Trading Economics" analitiklərinin qiymətləndirmələrinə əsasən, Brent markalı neftin qiyməti cümə günü əvvəlki sessiyada təxminən 2 faiz ucuzlaşdıqdan sonra bir barel üçün 76 ABŞ dolları səviyyəsində sabit qalıb.

"Buna səbəb ABŞ və İranın son hərbi eskalasiyanın Hörmüz boğazı vasitəsilə enerji daşıyıcılarının tədarükünü pozmasına baxmayaraq, sülh danışıqlarını davam etdirəcəklərinə dair xəbərlər olub.

Bununla belə, etalon Brent markalı neft həftənin əvvəlindən etibarən təxminən 6 faiz bahalaşmaqda davam edib. Bu artım ABŞ qüvvələrinin iki gün ardıcıl olaraq İrandakı obyektlərə zərbələr endirməsindən sonra baş verib. Həmin zərbələr Hörmüz boğazında gəmilərə qarşı son hücumlara cavab olaraq həyata keçirilib və bunun ardınca Tehran bölgədəki ABŞ hərbi bazalarına cavab zərbələri endirib.

ABŞ Prezidenti Donald Tramp da döyüş əməliyyatlarının yenidən başlamasından sonra müvəqqəti sülh razılaşmasının qüvvədə olub-olmadığını şübhə altına alaraq, razılaşmanın "artıq qüvvədə olmadığını" bəyan edib", – "Trading Economics"in məlumatında bildirilir.

Məlumatda qeyd olunur ki, bu həftə Hörmüz boğazından keçən gəmi hərəkətinin intensivliyi əhəmiyyətli dərəcədə azalıb və bazarlar tranzitin normal səviyyəyə bərpa olunub-olunmayacağını diqqətlə izləyir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti