Bakı. Trend:
Baş nazir Əli Əsədov Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində “Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi”nin və “Geodeziya və Kartoqrafiya Agentliyi”nin strukturu, işçilərinin say həddi və əməkhaqlarının məbləğinin (vəzifə maaşının, vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin) təsdiq edilməsi haqqında qərar imzalayıb.
Bu barədə sənəd Nazirlər Kabinetinin rəsmi internet saytında dərc olunub.
Qərara əsasən, Azərbaycan Respublikası Ekologiya və Təbii
Sərvətlər Nazirliyinin tabeliyində “Dövlət Mineral Xammal
Ehtiyatlarından İstifadə Agentliyi”nin aparatının işçilərinin say
həddi 44 ştat vahidi, Azərbaycan Respublikası Ekologiya və Təbii
Sərvətlər Nazirliyinin tabeliyində “Dövlət Mineral Xammal
Ehtiyatlarından İstifadə Agentliyi”nin Geologiya və
Rəqəmsal Müşahidə Mərkəzinin işçilərinin say həddi 46 ştat vahidi,
Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin
tabeliyində “Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə
Agentliyi”nin regional ərazi şöbələrinin işçilərinin say həddi 30
ştat vahidi və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər
Nazirliyinin tabeliyində “Geodeziya və Kartoqrafiya Agentliyi”nin
işçilərinin say həddi 200 ştat vahidi olmaqla təsdiq edilib.
