ABŞ Suriyanın terrorizmi dəstəkləyən dövlətlər siyahısından çıxarılması prosesinə başlayıb - Rubio

Dünya xəbərləri Materials 8 İyul 2026 23:46 (UTC +04:00)
Rubio

Bakı. Trend:

Vaşinqton administrasiyası Suriyanın ABŞ-ın terrorizmi dəstəkləyən dövlətlər siyahısından çıxarılması prosesinə başlayıb.

Bu barədə ABŞ dövlət katibi Marko Rubionun yazılı açıqlamasında bildirilib.

O qeyd edib ki, ABŞ prezidenti Donald Tramp "Suriyanı terrorizmin dövlət sponsorları siyahısından çıxarmaq niyyəti barədə Konqresi məlumatlandırıb". Bunun ABŞ qanunvericilərinin administrasiya tərəfindən təqdim edilən məlumatlara əsaslanaraq 45 günlük araşdırmasından sonra baş verəcəyi gözlənilir.

Onlar belə bir addım üçün əsasın kifayət olub-olmadığını qiymətləndirəcəklər. Rubio əlavə edib ki, "Suriyaya qarşı sanksiyaların ləğvi beynəlxalq ticarət və investisiya üçün imkanlar açacaq".

Məqalədə:

Xəbər lenti

Xəbər lenti