Bakı.Trend:
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) Bakının Sabunçu rayonu, Pirşağı qəsəbəsi ərazisində — dənizkənarı yolun kənarında qazılmış kanalizasiya quyusuna avtomobillərin düşməsi ilə bağlı açıqlama yayıb.
ADSEA-ya məxsus “İri Şəhərlərin Su Təchizatı” QSC-dən bildirilib ki, sözügedən ərazidə Pirşağı hövzəsi üzrə gətirici kanalizasiya kollektorlarının tikintisi layihəsi icra olunur.
Qeyd edilib ki, tikinti işlərinin aparıldığı sahədə bütün zəruri təhlükəsizlik tədbirləri görülüb, ərazi mühafizə zolaqları və xəbərdarlıq nişanları ilə təmin edilib.
Qurumdan vurğulanıb ki, bəzi media orqanlarında və sosial
şəbəkələrdə Pirşağı qəsəbəsində gecə saatlarında baş vermiş
nəqliyyat hadisələri ilə bağlı yayılan məlumatların araşdırılması
və rəsmi açıqlama alınması üçün müvafiq quruma müraciət edilməsi
tövsiyə olunur.
