SOCAR və "Technip Energies" Anlaşma Memorandumu imzalayıb

Energetika Materials 9 İyul 2026 13:33 (UTC +04:00)
SOCAR və "Technip Energies" Anlaşma Memorandumu imzalayıb
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

SOCAR ilə “Technip Energies Italy S.p.a.” arasında Anlaşma Memorandumu imzalanıb.

SOCAR-dan verilən məlumata görə, sənəd “Petkim Master Plan” layihəsi çərçivəsində potensial əməkdaşlıq istiqamətlərinin müəyyən edilməsini nəzərdə tutur.

Qeyd edilib ki, memorandum SOCAR-ın prezidenti Rövşən Nəcəf ilə “Technip Energies Italy” şirkətinin baş icraçı direktoru Karlo Korsi arasında keçirilən görüşdə imzalanıb.

"Görüşdə şirkətlər arasında ötən illər ərzində formalaşmış uğurlu tərəfdaşlıqdan məmnunluq ifadə olunub, potensial əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi ilə qarşılıqlı faydalı əlaqələrin genişləndirilməsinin önəmi vurğulanıb.
Söhbət zamanı neft-kimya sahəsində yüksək xammal çevikliyinə malik istehsal həllərinin tətbiqi, eləcə də məhsuldarlığın artırılması və enerji səmərəliliyinin yüksəldilməsi istiqamətlərində mümkün əməkdaşlıq məsələləri nəzərdən keçirilib.

Tərəflər SOCAR-ın xarici ölkələrdə icra etdiyi layihələrdə “Technip Energies Italy S.p.a.” şirkətinin iştirakı imkanlarına, yaşıl enerji və dekarbonizasiya layihələri üzrə tərəfdaşlığa dair fikir mübadiləsi aparıblar", - deyə məlumatda vurğulanıb.

Xəbər yenilənəcək

Məqalədə:

Xəbər lenti

Xəbər lenti