Qarabağ turizmin inkişafı üçün böyük potensiala malikdir - Florian Zenqstşmid

Turizm Materials 9 İyul 2026 12:13 (UTC +04:00)
Qarabağ turizmin inkişafı üçün böyük potensiala malikdir - Florian Zenqstşmid
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı.Trend:

Qarabağ Azərbaycanın turizm sektorunun inkişafı üçün böyük potensiala malikdir.

Trend-in tədbirdə iştirak edən müxbiri xəbər verir ki, bunu Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid "İqtisadi artımın və iqtisadiyyatın şaxələndirilməsinin təşviqi üçün turizm potensialının reallaşdırılması" mövzusunda keçirilən tədbirdə deyib.

Onun sözlərinə görə, regionların inkişafı turizm sahəsində dövlət siyasətinin əsas istiqamətlərindən biri olaraq qalır və hazırlanması yekun mərhələdə olan yeni Dövlət Proqramında da öz əksini tapıb.

"Turizm müxtəlif sahələri birləşdirən sektordur və kompleks yanaşma tələb edir. Turizmdən danışarkən biz yollardan, elektrik təchizatından və turist keyfiyyətli xidmət almamışdan və səfərdən müsbət təəssürat qazanmamışdan əvvəl yaradılmalı olan bütün zəruri infrastrukturdan danışırıq. Yeni Dövlət Proqramı, ilk növbədə regionlarda turizm sektorunun inkişafı üçün müxtəlif dövlət qurumlarının səylərinin birləşdirilməsinə yönəlib. Azərbaycanda turizm sektorunda təxminən 178 min nəfər çalışır və onların 73 faizi regionların payına düşür. Turizm sahəsində çalışanların dörddə üçü məhz regionlarda fəaliyyət göstərir", – deyə F.Zenqstşmid vurğulayıb.

Onun sözlərinə görə, regionlardakı turizm istiqamətləri müxtəlif inkişaf mərhələlərindədir.

"Qış turizm kurortları daha yetkin inkişaf mərhələsindədir. Qəbələdə kiçik biznesin iştirakı ilə turizm istiqamətinin inkişafına yönəlmiş iri layihə həyata keçirilir. Naftalan üçün isə strateji yanaşmanın yenilənməsi və hədəf bazarların şaxələndirilməsi zəruridir. Mən həmçinin gələcəkdə turizmin inkişafı üçün böyük potensiala malik ərazi kimi Qarabağı da xüsusi qeyd etmək istərdim", – deyə F.Zenqstşmid bildirib.

O vurğulayıb ki, prioritet məsələlər sırasında nəqliyyat əlçatanlığının, o cümlədən "son mil" infrastrukturunun inkişafı, eləcə də dövlət dəstəyi mexanizmlərinin təkmilləşdirilməsi qalır.

"Bu məsələlər yeni Dövlət Proqramına daxil edilib və proqramın qarşıdakı dörd il ərzində dövlət qurumları ilə özəl sektorun iştirakı ilə həyata keçirilməsi nəzərdə tutulur", – deyə o əlavə edib.

Ölkəyə gələn turist axınının strukturundan danışan F.Zenqstşmid qeyd edib ki, Azərbaycanın coğrafi mövqeyi və iri bazarlarla qonşuluğu nəzərə alınarsa, turist axınlarının müəyyən bazarlarda cəmləşməsi təbii haldır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti