Bakı.Trend:
Cənubi Koreya Prezidenti Ukraynaya 100 milyon ABŞ dolları məbləğində yardım paketinin ayrılmasını təsdiqləyib.
“İnterfaks-Ukraina”nın məlumatına görə, bunu Ukraynanın XİN rəhbəri Andrey Sibiqa bildirib.
“Buna görə də dialoq çox vacibdir. Həm artıq baş tutmuş, həm də qarşıdakı görüşlər böyük əhəmiyyət daşıyır. Xüsusilə Cənubi Koreya Prezidenti ilə keçirilən görüşü qeyd etmək istərdim. Koreya Prezidenti Ukraynaya 100 milyon dollar məbləğində yardım paketinin ayrılmasını təsdiqlədi”, – deyə Sibiqa bildirib.
Nazirin sözlərinə görə, görüş zamanı Ukrayna ilə Cənubi Koreyanın təhlükəsizliyinin bir-biri ilə sıx bağlı olduğu vurğulanıb və qeyd olunub ki, bu ilk növbədə, Rusiyanın Ukrayna müharibəsində Şimali Koreyadan olan hərbçilərindən istifadə etməsi ilə əlaqədardır.
