Pentaqon rəhbəri İsrailə planlaşdırılan səfərini ləğv edib

Dünya xəbərləri Materials 8 İyul 2026 16:48 (UTC +04:00)
Pentaqon rəhbəri İsrailə planlaşdırılan səfərini ləğv edib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

ABŞ müdafiə naziri Pit Heqset İsrailə bu gün üçün planlaşdırılan səfərini ləğv edib. Səfərin ləğv edilməsinin səbəbləri açıqlanmayıb.

Daha əvvəl CNN vəziyyətlə tanış olan mənbələrə istinadən xəbər vermişdi ki, Pit Heqset çərşənbə günü İsrailə ilk rəsmi səfərini etməyi planlaşdırır.

Telekanal qeyd edib ki, ABŞ Silahlı Qüvvələrinin çərşənbə gecəsi İrana endirdiyi zərbələrin bu planlara təsir edib-etmədiyi hələlik məlum deyil. Hazırda Heqset ABŞ Prezidenti Donald Trampla birlikdə Türkiyənin paytaxtı Ankarada keçirilən NATO sammitində iştirak edir.

Mənbələrin sözlərinə görə, səfərin məqsədlərindən biri Trampın NATO sammiti çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla müzakirə etdiyi ABŞ istehsalı olan beşinci nəsil F-35 görünməz qırıcılarının Türkiyəyə mümkün satışı ilə bağlı İsrailin narahatlığını aradan qaldırmağa çalışmaq idi.

Bundan əvvəl İsrailin Baş naziri Benyamin Netanyahu CNN telekanalına müsahibəsində Türkiyəyə bu təyyarələrin satışına qəti şəkildə qarşı olduğunu bildirmişdi.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti