Bakı.Trend:
Qətərə məxsus mayeləşdirilmiş təbii qaz daşıyan (LNG) daşıyan "Al Rekayyat" tankeri Hörmüz boğazında gəmiyə edilən hücumdan sonra maşın şöbəsində başlayan yanğın səbəbindən partlayış təhlükəsi ilə üz-üzə qalıb.
Bu barədə "Reuters" agentliyi mənbəyə istinadən məlumat yayıb.
Agentliyin məlumatına görə, gəmi ciddi zədələr alıb, ekipaj isə təxliyə edilib. Tanker boğazın Oman sahilləri boyunca hərəkət edərkən sol bortundan hücuma məruz qalıb və bundan sonra qəza siqnalı verib.
"Reuters" qeyd edibki, iyulun 7-nə keçən gecə həyata keçirilən raket hücumu nəticəsində Səudiyyə Ərəbistanına məxsus xam neft tankeri də zədələnib. Bundan əvvəl İranın dövlət teleradio korporasiyası IRIB xəbər vermişdi ki, Qətər tankeri ABŞ Hərbi Dəniz Qüvvələrinin müşayiəti ilə boğazdan keçməyə cəhd edib. Korporasiyanın məlumatına görə, tanker "dəfələrlə edilən xəbərdarlıqlara məhəl qoymadığı üçün hücumun hədəfinə çevrilib".
