Bakı.Trend:
Ukrayna Prezidenti Volodimir Zelenski NATO sammitində iştirak etmək üçün Ankaraya gedib.
Ukrayna lideri bildirib ki, sammit çərçivəsində dünya liderləri ilə iyirmiyə yaxın ikitərəfli görüşlər keçirməsi, NATO Müdafiə Sənayesi Forumunda iştirakı, həmçinin pilotsuz texnologiyalar da daxil olmaqla müxtəlif sahələr üzrə yeni sazişlərin imzalanması planlaşdırılır.
"Ankarada bizi mühüm iş gözləyir. Güclü və məhsuldar NATO sammiti gözləyirik", – deyə Zelenski vurğulayıb.
O əlavə edib ki, Ukrayna üçün əsas prioritetlərdən biri hava hücumundan müdafiə (HHM) sisteminin daha da gücləndirilməsidir.
