Narkoloji xəstəni məhdudiyyət nəzərdə tutulan işlərə götürənlər cərimələnəcəklər

Siyasət Materials 7 İyul 2026 15:55 (UTC +04:00)
Narkoloji xəstəni məhdudiyyət nəzərdə tutulan işlərə götürənlər cərimələnəcəklər
Aysel Məmmədli
Aysel Məmmədli
Bütün xəbərlər

Bakı. Trend:

Tibbi müayinə (tibbi yoxlama) haqqında rəyə əsasən narkoloji xəstə olan şəxslə siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən narkoloji xəstələr üçün fəaliyyət məhdudiyyəti nəzərdə tutulmuş peşə növlərinə və vəzifələrə işə qəbul edilməsi ilə bağlı əmək müqaviləsinin bağlanılmasına və ya əmək münasibətlərinin davam etdirilməsinə görə vəzifəli şəxslər üç min manat məbləğində cərimələnəcəklər.

Bu barədə Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc olunan Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Qanunda qeyd olunub.

Qanuna əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş hallarda işçinin sağlamlığı haqqında tibbi arayış, habelə narkoloji xəstələr üçün fəaliyyət məhdudiyyəti nəzərdə tutulmuş peşə növlərinə və vəzifələrə işə qəbul edilərkən tibbi müayinə (tibbi yoxlama) haqqında rəy olmadan işçinin müvafiq peşə və ya vəzifəyə işə qəbul edilməsinə görə, vəzifəli şəxslər min manat məbləğində cərimə ediləcəklər.

Xəbər lenti

Xəbər lenti