2-ci rübdə Energetika Nazirliyi tərəfindən 65 icazə verilib

Energetika Materials 7 İyul 2026 12:48 (UTC +04:00)
2-ci rübdə Energetika Nazirliyi tərəfindən 65 icazə verilib
Aysel Məmmədli
Aysel Məmmədli
Bütün xəbərlər

Bakı. Trend:

2026-cı ilin 2-ci rübü ərzində Energetika Nazirliyi tərəfindən 65 icazə verilib.

Bu barədə nazirliyin Mətbuat xidməti məlumat yayıb.

“İxrac nəzarəti haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən ixrac nəzarətinə düşən malların (işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin) idxalı üzrə 56, ixracı üzrə 5 və tranziti üzrə 3 icazə verilib.

Həmçinin su elektrik stansiyaları və bio kütlədən alınan qaz və ya digər yanacaq növü vasitəsilə elektrik və istilik enerjisi istehsal edən elektrik stansiyalarında elektrik enerjisinin istehsalı üzrə 500 kilovatdan, digər hallar üzrə isə 150 kilovatdan yuxarı elektrik enejisinin istehsalı ilə bağlı 1 icazə verilib.

Bu dövrdə bütün icazələrin verilməsi 7 saylı Bakı "ASAN xidmət" mərkəzi vasitəsilə həyata keçirilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti