Avropa İttifaqı Ukraynaya maliyyə dəstəyini artıracaq - Avrokomissar

Dünya xəbərləri Materials 6 İyul 2026 14:50 (UTC +04:00)
Avropa İttifaqı Ukraynaya maliyyə dəstəyini artıracaq - Avrokomissar
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Avropa Komissiyasının sədri Ursula fon der Lyayen bildirib ki, Avropa İttifaqı Rusiyaya qarşı 21-ci sanksiyalar paketi üzərində işi davam etdirir və Ukraynaya dəstəyi artırmaq niyyətindədir.

Fon der Lyayen "X" sosial şəbəkə hesabındakı paylaşımında Rusiyanın Ukrayna ərazisinə endirdiyi zərbələri pisləyib və Ukraynanın hava hücumundan müdafiə sisteminin gücləndirilməsi məsələsinin qarşıdan gələn NATO sammitində müzakirə olunacağını açıqlayıb.

Onun sözlərinə görə, ötən həftə Aİ ümumi həcmi 90 milyard avro olan müdafiə kredit paketi çərçivəsində Kiyevə ilk 4 milyard avro vəsait köçürüb. Bu vəsait Ukraynanın müdafiə qabiliyyətinin gücləndirilməsinə, o cümlədən texnologiyaların inkişafına və pilotsuz uçuş aparatlarının istehsalına yönəldilib.

“Tezliklə bundan daha artığı da olacaq”, -deyə Avrokomissar deyib

Fon der Lyayen həmçinin bildirib ki, Brüssel Rusiyaya iqtisadi təzyiqin artırılması kursunu qoruyub saxlayaraq, Rusiyaya qarşı 21-ci sanksiyalar paketi üzərində intensiv işi davam etdirəcək.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti