Makronun qaldığı hotelin yaxınlığındakı partlayışlarda azı 18 nəfər yaralanıb (YENİLƏNİB)

Dünya xəbərləri Materials 7 İyul 2026 13:00 (UTC +04:00)
explosion
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Suriya Daxili İşlər Nazirliyinin məlumatına görə, Dəməşqdə baş vermiş partlayışlar nəticəsində azı 18 nəfər, o cümlədən 4 polis zabiti yaralanıb.

Partlayışların azı 2 partlayıcı qurğu vasitəsilə həyata keçirildiyi bildirilir.

Hələlik heç bir qruplaşma hücuma görə məsuliyyəti öz üzərinə götürməyib.

xxx
11:56

Suriyanın paytaxtı Dəməşqdə iki güclü partlayış baş verib.

Bu barədə Suriyanın “Al Watan” qəzeti yazır.

Hadisənin təfərrüatları barədə məlumat verilmir.

Bu arada “Al Jazeera” telekanalı insidentind partlayışlardan birinin ərəb respublikasının Turizm Nazirliyinin binası yaxınlığında baş verdiyini yazır. Onun yaxınlığında eyni zamanda ölkəyə rəsmi səfər etmiş Fransa Prezidenti Emmanuel Makronun qaldığı hotel yerləşir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti