Türkiyədə sərnişin avtobusu aşıb - 40-dan çox yaralı var

Dünya xəbərləri Materials 7 İyul 2026 09:22 (UTC +04:00)
Türkiyədə sərnişin avtobusu aşıb - 40-dan çox yaralı var
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyənin Kırıkkale şəhərində magistralla hərəkət edən sərnişin avtobusunun aşması nəticəsində 41 nəfər yaralanıb.

Türkiyə KİV-in məlumatına görə, Tekirdağdan Kayseriyə hərəkət edən 38 ADF 410 dövlət qeydiyyat nişanlı sərnişin avtobusunun sürücüsü Karakeçili Dövlət Xəstəxanası yaxınlığında idarəetməni itirib, nəticədə avtonəqliyyat vasitəsi aşıb.

Hadisə ilə bağlı məlumat daxil olduqdan sonra əraziyə AFAD xilasediciləri, yanğınsöndürmə, təcili tibbi yardım, jandarma və polis əməkdaşları cəlb olunub.

Qəza nəticəsində 3-ü ağır olmaqla 41 nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri aldığı təsdiqlənib.

Yaralılar təcili tibbi yardım avtomobilləri ilə şəhərdəki xəstəxanalara çatdırılıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti