Anomal istilər Arktikaya da çatdı - Qlobal İstiləşmə

Dünya xəbərləri Materials 6 İyul 2026 16:17 (UTC +04:00)
Anomal istilər Arktikaya da çatdı - Qlobal İstiləşmə
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Şimali Amerikada hökm sürən anomal isti hava fonunda Kanadanın Arktika bölgəsi olan Nunavutda temperatur üzrə yeni rekordlar qeydə alınıb.

Bu barədə Kanadanın Milli Meteorologiya Xidmətinin məlumat bülletenində bildirilib.

Məlumata görə, iyulun 5-də Kembric-Bey yaşayış məntəqəsində havanın temperaturu 22,1 dərəcə (selsi) olub və bununla da 1930-cu ildə qeydə alınmış 21,7 dərəcə rekordunu üstələyib. Koral-Harbor qəsəbəsində isə temperatur 27,1 dərəcəyə çataraq 2002-ci ildə müəyyən edilmiş 24,7 dərəcə maksimumunu yeniləyib.

Qeyd olunur ki, həmin ərazilərdə iyul ayı üzrə orta hava temperaturu adətən 3–9 dərəcə (selsi) arasında dəyişir.

Ötən həftədən etibarən Kanada və ABŞ-də anomal isti hava şəraiti müşahidə olunur. Bəzi bölgələrdə termometrlər 45 dərəcə selsiyədək yüksəlib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti