ABŞ Hörmüz boğazı məsələsini NATO sammitində müzakirə etməyi ümid edir

Dünya xəbərləri Materials 6 İyul 2026 05:32 (UTC +04:00)
ABŞ Hörmüz boğazı məsələsini NATO sammitində müzakirə etməyi ümid edir

Bakı. Trend:

Vaşinqton NATO-nun Ankarada keçiriləcək sammiti zamanı alyans üzvlərinin Hörmüz boğazında təhlükəsizliyin təmin olunması məsələsini müzakirə edəcəyinə ümid edir.

Bu barədə "CNN" telekanalı mənbəyə istinadən məlumat yayıb.

Mənbənin sözlərinə görə, NATO-nun bir neçə üzvü boğazda təhlükəsizliyin təmin edilməsinə töhfə verməyə hazır olduğunu bildirib. Bununla belə, o qeyd edib ki, onların hamısının bunun üçün zəruri gəmiləri və avadanlıqları yoxdur.

ABŞ rəsmisi əlavə edib ki, Vaşinqton sammitdən ilk növbədə müttəfiqlərin müdafiə xərclərini artırmasını və döyüş hazırlığını yüksəltməsini gözləyir.

NATO-nun sammiti iyulun 7-8-də Ankarada keçiriləcək.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti