Rəqəmsal inkişaf Azərbaycanın dayanıqlı inkişafının əsas istiqamətlərindəndir – Deputat

Siyasət Materials 6 İyul 2026 11:33 (UTC +04:00)
Rəqəmsal inkişaf Azərbaycanın dayanıqlı inkişafının əsas istiqamətlərindəndir – Deputat
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikasında rəqəmsal inkişaf, innovasiya, süni intellekt və kibertəhlükəsizlik sahələrində həyata keçirilən genişmiqyaslı islahatlar ölkəmizin gələcək inkişaf strategiyasının mühüm istiqamətlərindən biridir.

Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Afət Həsənova deyib.

Deputat bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə müəyyən edilmiş bu strateji kurs Azərbaycanın qlobal rəqəmsal transformasiya prosesində rəqabətqabiliyyətli mövqeyini gücləndirməyə, dövlət idarəçiliyinin səmərəliliyini artırmağa və vətəndaş mərkəzli xidmət modelini daha da təkmilləşdirməyə xidmət edir:

“Cari ilin fevral ayında qəbul edilmiş qərarlar, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurasının yaradılması və "Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı" bu sahədə həyata keçiriləcək islahatların sistemli və məqsədyönlü xarakter daşıdığını nümayiş etdirir. Rəqəmsallaşmanın, innovasiyanın, süni intellektin və kibertəhlükəsizliyin vahid strateji çərçivədə əlaqələndirilməsi Azərbaycanın rəqəmsal dövlət modelinin formalaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir.

Xüsusilə dövlət xidmətlərinin “mygov” platforması ətrafında vahid ekosistemdə birləşdirilməsi və proaktiv xidmətlərin genişləndirilməsi vətəndaş məmnuniyyətinin artırılması istiqamətində atılmış mühüm addımdır. Vətəndaşın dövlət qurumlarına müraciət etmədən bir sıra xidmətləri avtomatik şəkildə əldə etməsi, "Yalnız bir dəfə" prinsipinin tətbiqi, elektron sənəd dövriyyəsinin genişləndirilməsi və bürokratik maneələrin aradan qaldırılması müasir dövlət idarəçiliyinin əsas göstəricilərindəndir.

Son aylarda "mygov" platformasının istifadəçi sayının əhəmiyyətli dərəcədə artması da həyata keçirilən islahatlara ictimai etimadın göstəricisidir".

Deputat qeyd edib ki, innovasiya sahəsində nəzərdə tutulan hüquqi və iqtisadi təşviq mexanizmləri də xüsusi diqqətəlayiqdir:

"Vençur maliyyələşdirilməsi, startapların dəstəklənməsi, texnologiya şirkətləri üçün uzunmüddətli vergi güzəştləri və tədqiqat-inkişaf fəaliyyətinin stimullaşdırılması Azərbaycanın innovasiya əsaslı iqtisadiyyata keçidini sürətləndirəcək. Bu islahatlar yerli sahibkarlığın inkişafı ilə yanaşı, ölkəyə beynəlxalq investisiyaların cəlb edilməsinə və Azərbaycanın regionun texnologiya mərkəzlərindən birinə çevrilməsinə ciddi töhfə verəcək.

Süni intellekt texnologiyalarının dövlət idarəçiliyində tətbiqi isə rəqəmsal transformasiyanın yeni mərhələsini təşkil edir. Virtual vətəndaş köməkçisinin istifadəyə verilməsi, müxtəlif dövlət qurumlarında süni intellekt əsaslı həllərin tətbiqi, milli hesablama infrastrukturunun qurulması və bu sahədə hüquqi mexanizmlərin hazırlanması göstərir ki, Azərbaycan bu istiqamətdə beynəlxalq çağırışlara uyğun və uzaqgörən siyasət həyata keçirir. Ən önəmlisi isə süni intellekt texnologiyalarının milli maraqlar və təhlükəsizlik prinsipləri əsasında inkişaf etdirilməsi dövlətimizin strateji yanaşmasının göstəricisidir".

A.Həsənova vurğulayıb ki, rəqəmsal inkişafın ayrılmaz hissəsi olan kibertəhlükəsizlik istiqamətində həyata keçirilən tədbirlər də xüsusi əhəmiyyət daşıyır: "Milli Kibertəhlükəsizlik Agentliyinin yaradılması, Milli CERT və Təhlükəsizlik Əməliyyatları Mərkəzinin formalaşdırılması, kritik informasiya infrastrukturunun mühafizəsinin gücləndirilməsi, süni intellekt əsaslı kibermüdafiə sistemlərinin tətbiqi Azərbaycanın rəqəmsal suverenliyinin və milli təhlükəsizliyinin daha etibarlı şəkildə qorunmasına xidmət edir. Müasir dövrdə kibertəhlükəsizlik artıq yalnız texniki məsələ deyil, dövlət təhlükəsizliyinin əsas elementlərindən biridir və bu istiqamətdə həyata keçirilən islahatlar yüksək qiymətləndirilməlidir.

Təhsil sahəsində aparılan rəqəmsal transformasiya da gələcək inkişafın ən vacib dayaqlarından biridir. "Rəqəmsal məktəb" layihəsinin genişləndirilməsi, elektron təhsil xidmətlərinin artırılması, attestat və diplomların elektronlaşdırılması, "Rəqəmsal bacarıqlar" və "STEAM Azərbaycan" layihələri vasitəsilə yüz minlərlə şagirdin müasir texnoloji biliklərə yiyələnməsi ölkəmizdə insan kapitalının inkişafına xidmət edir. Süni intellekt əsaslı fərdiləşdirilmiş təhsil modelinin tətbiqi isə gələcəyin əmək bazarına uyğun peşəkar kadrların hazırlanmasına mühüm töhfə verəcək.

Hesab edirəm ki, həyata keçirilən bu kompleks islahatlar Azərbaycanın dayanıqlı iqtisadi inkişafına, dövlət idarəçiliyinin çevikliyinin artırılmasına, vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsinə və rəqəmsal iqtisadiyyatın genişlənməsinə mühüm töhfə verəcək. Eyni zamanda, bu siyasət ölkəmizin beynəlxalq rəqabət qabiliyyətini gücləndirəcək, innovasiya və yüksək texnologiyalar sahəsində yeni imkanlar yaradacaq və Azərbaycanın regionun aparıcı rəqəmsal mərkəzlərindən birinə çevrilməsini sürətləndirəcək.

İnanıram ki, Prezident İlham Əliyevin müəyyən etdiyi strateji inkişaf kursu və Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə Rəqəmsal İnkişaf Şurasının fəaliyyəti nəticəsində qarşıya qoyulan məqsədlər uğurla reallaşacaq, Azərbaycan rəqəmsal inkişaf, innovasiya və süni intellekt sahəsində nümunəvi ölkələr sırasında daha da möhkəm yer tutacaq".

Məqalədə:

Xəbər lenti

Xəbər lenti