Bakı. Trend:
ATƏT Parlament Assambleyasının illik sessiyası zamanı Azərbaycan nümayəndə heyəti Belarusa dəstəyini ifadə edib.
Bu barədə Trend-ə məlumatlı mənbə bildirib.
Bilidirilib ki, iyulun 4-də ATƏT Parlament Assambleyasının Niderlandın Haaqa şəhərində keçirilən illik sessiyası öz işinə başlayıb.
"Sessiya çərçivəsində Belarusa qarşı siyasi təzyiq xarakteri daşıyan bir sıra təşəbbüslər irəli sürülüb.Belə ki, İsveç nümayəndə heyətinin rəhbəri Byorn Söderin təşəbbüsü ilə ATƏT PA çərçivəsində “Demokratik Belarus uğrunda” adlı qeyri-rəsmi qrup yaradılıb, həmçinin Belarusda insan hüquqlarının vəziyyətinə dair ayrıca qətnamə layihəsi təqdim edilib", - deyə qeyd olunub.
Mənbənin məlumatına əsasən, bu təşəbbüslər sessiyanın gündəliyində Belarus məsələsinin xüsusi diqqət mərkəzində saxlanıldığını göstərir:
"Qətnamə layihəsi üzrə Assambleyanın Daimi Komitəsində keçirilmiş səsvermə zamanı Azərbaycan nümayəndə heyəti sənədin əleyhinə səs verib, bununla da Belarusa dəstəyini ifadə edib".
