Bakı. Trend:
Bu gün Bakının Yasamal və Nizami rayonlarının bəzi ərazilərinin elektrik enerji təminatında məhdudiyyət yaranacaq.
Bu barədə “Azərişıq” ASC-nin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində Transformator Məntəqəsində təmir işləri aparılacaq. Bununla əlaqədar saat 10:00-dan 13:00-dək Abbas Mirzə Şərifzadə, Kamal Rəhimov, Dadaş Bünyadzadə, Xaqan Dadaşov, Xıdır Mustafayev küçələrinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Həmin tarixdə və saatlarda Nizami RETSİ ərazisindəki Komplekt
Transformator Məntəqələrində həyata keçiriləcək təmir-təftiş işləri
ilə əlaqədar planlı fasilə Keşlə qəsəbəsi Mirzə Ələkbər Sabir və
Energetik küçələrinin bəzi yerlərini əhatə edəcək.
Təmir işləri yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli
elektrik enerjisi ilə təmin olunacaq.
