Bakı. Trend:
ABŞ-nin vitse-prezidenti Cey Di Vens Böyük Britaniyanın siyasi sistemində ciddi problemlərin olduğunu bildirib.
Bu barədə o "The Times" qəzetinə müsahibəsində deyib.
Vens son illərdə Böyük Britaniyada baş nazirlərin tez-tez dəyişməsinin ölkənin siyasi sistemində ciddi çatışmazlıqların göstəricisi olduğunu vurğulayıb.
"Son bir neçə il ərzində altı baş nazirin dəyişdiyini görürəm. Bu, mənə Böyük Britaniya siyasətində ciddi problemlərin olduğunu göstərir və insanların həqiqətən də əhəmiyyətli struktur islahatları tələb etdiyini nümayiş etdirir", - deyə ABŞ-nin vitse-prezidenti bildirib.