Bolqarıstan Aİ-yə şərt qoydu

Dünya xəbərləri Materials 4 İyul 2026 15:49 (UTC +04:00)
Bolqarıstan Aİ-yə şərt qoydu
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Bolqarıstan Prezidenti Rumen Radev Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı 21-ci sanksiyalar paketinə hansı hallarda dəstək olacağını açıqlayıb.

Bu barədə “BNR News” məlumat yayıb.

Bolqarıstan parlamentində sual-cavab sessiyası zamanı Radev bildirib ki, əgər təklif olunan sanksiyalar siyahısından Rus Pravoslav Kilsəsinin patriarxı Kirill və Bolqarıstanda “LUKOIL” şirkətinin həmtəsisçisi Vahid Ələkbərov çıxarılmasa, Sofiya bu paketə qarşı çıxacaq.

Prezident bunun səbəbini Bolqarıstanın enerji maraqlarının qorunmasının vacibliyi ilə izah edib.

Patriarx Kirillə qarşı sanksiyaların mümkünlüyü ilə bağlı suala cavabında Radev bildirib ki, onu konkret şəxsin özü maraqlandırmır, lakin vurğulayıb ki, Kirill Rus Pravoslav Kilsəsinin rəhbəridir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti