Ağsuda çətənə kolu yetişdirən şəxs tutulub (FOTO/VİDEO)

Hadisə Materials 4 İyul 2026 11:27 (UTC +04:00)
Ağsuda çətənə kolu yetişdirən şəxs tutulub (FOTO/VİDEO)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Ağsuda çətənə kolu yetişdirən şəxs tutulub.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Ağsu Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyatlarla narkotik tərkibli bitkiləri kultivasiya etməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 51 yaşlı Amil Nağıyev saxlanılıb.

Onun yaşadığı ünvandan çətənə kolları aşkarlanıb. Saxlanılan şəxs narkotik tərkibli bitkilərə aqrotexniki qaydada xüsusi qulluq göstərdiyini bildirib. Faktla bağlı cinayət işi başlanılıb, A.Nağıyev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti