Venesuelada zəlzələ qurbanlarının sayı 2645 nəfərə çatıb

Dünya xəbərləri Materials 4 İyul 2026 01:57 (UTC +04:00)
Venesuelada zəlzələ qurbanlarının sayı 2645 nəfərə çatıb

Bakı. Trend:

Venesuelada baş vermiş güclü zəlzələ nəticəsində həlak olanların sayı 2645 nəfərə yüksəlib.

Bu barədə ölkənin İnformasiya və Kommunikasiya Nazirliyi məlumat yayıb.

Məlumata görə, təbii fəlakət nəticəsində 12 min 666 nəfər yaralanıb, 15 min 50 nəfər evsiz qalıb. Zəlzələ zamanı 189 bina tamamilə dağılıb, 885 bina isə ciddi zədələnib.

Axtarış-xilasetmə əməliyyatları çərçivəsində 6462 nəfər xilas edilib. Ümumilikdə 20 min 909 nəfərə xəstəxana və digər tibb müəssisələrində tibbi yardım göstərilib. Bundan əlavə, 86 min 117 ailəyə humanitar yardım çatdırılıb, zərərçəkənlərə 9486 ton ərzaq paylanılıb.

Xatırladaq ki, iyunun 24-ü axşam saatlarında Venesuelada təxminən 40 saniyə fasilə ilə 7,2 və 7,5 bal gücündə iki zəlzələ qeydə alınıb.

Xəbər lenti

Xəbər lenti