İspaniya millisi dünya çempionatının 1/8 final mərhələsinə yüksəlib

İdman Materials 3 İyul 2026 02:03 (UTC +04:00)
İspaniya millisi dünya çempionatının 1/8 final mərhələsinə yüksəlib

Bakı. Trend:

Futbol üzrə dünya çempionatında 1/16 final mərhələsinin daha bir oyunu keçirilib.

Mundialın əsas favoritlərindən hesab olunan İspaniya millisi Avstriya yığması ilə qarşılaşıb. ABŞ-nin Los-Anceles şəhərindəki “Sou-Fay” stadionunda oynanılan matç ispanların qələbəsi ilə başa çatıb – 3:0. Qarşılaşmada ilk qolu 36-cı dəqiqədə Mikel Oyarsabal vurub. 66-cı dəqiqədə Pedro Porro hesab arasındakı fərqi 2 topa çatdırıb. Oyunda son nöqtəni isə 89-cu dəqiqədə Oyarsabal qoyub.

Bu qələbə ilə adını 1/8 finala yazdıran İspaniya millisinin növbəti rəqibi Portuqaliya–Xorvatiya cütünün qalibi olacaq. Həmin oyun bu gecə saat 03:00-da başlayacaq. Saat 07:00-da isə İsveçrə millisi Əlcəzair yığması ilə üz-üzə gələcək.

Qeyd edək ki, daha əvvəl Kanada, Braziliya, Paraqvay, Mərakeş, Norveç, Fransa, Meksika, İngiltərə, Belçika və ABŞ yığmaları 1/8 finala vəsiqə qazanıblar.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti