Kəlbəcərdə Birinci Qarabağ müharibəsində itkin düşmüş mülki şəhidlər dəfn olunub (FOTO)

Cəmiyyət Materials 3 İyul 2026 18:55 (UTC +04:00)
Kəlbəcərdə Birinci Qarabağ müharibəsində itkin düşmüş mülki şəhidlər dəfn olunub (FOTO)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Kəlbəcər. Trend:

Kəlbəcərdə Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş mülki şəxslərin dəfn mərasimləri keçirilib.

Trend-in Qarabağ bürosunun məlumatına görə, dəfn mərasimlərində şəhidlərin ailə üzvləri, Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin aparatının əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri və digər rəsmi şəxslər iştirak ediblər.

Mərasim ilk olaraq rayonun Daşbulaq kəndində keçirilib. Burada Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş mülki şəhid Mədinə Babayevanın nəşi torpağa tapşırılıb.

Daha sonra Zar kəndində digər mülki şəhid Bahadur Kamalovun dəfn mərasimi keçirilib.

Məlumata görə, 1937-ci il təvəllüdlü Bahadur Kamalov 1993-cü ildə Murovdağ istiqamətində, 1905-ci il təvəllüdlü Mədinə Babayeva isə 1993-cü ildə Kəlbəcərin Daşbulaq kəndində itkin düşüb.

Uzun illər itkin hesab olunan hər iki mülki şəxsin meyit qalıqları müvafiq ekspertizalar nəticəsində identifikasiya edildikdən sonra doğma yurdlarında torpağa tapşırılıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti