ATU-nun nümayəndə heyəti Türkiyənin Ankara Universitetində işgüzar səfərdə olub (FOTO)

Cəmiyyət Materials 3 İyul 2026 11:15 (UTC +04:00)
ATU-nun nümayəndə heyəti Türkiyənin Ankara Universitetində işgüzar səfərdə olub (FOTO)
Aysel Məmmədli
Aysel Məmmədli
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Tibb Universitetinin (ATU) nümayəndə heyəti Türkiyənin Ankara Universitetində işgüzar səfərdə olub.

ATU Mətbuat xidmətindən verilən məlumata görə, ikitərəfli əməkdaşlığa əsaslanan səfər çərçivəsində universitetin Stomatologiya fakültəsinin dekanı, dosent Elmira Əliyevanın rəhbərlik etdiyi nümayəndə heyəti (fakültənin əməkdaşları - dosent Şəhla Yusubova, dosent Hənifə Musayeva) ilə Ankara Universitetinin (AU) rektoru, professor Necdet Ünüvar arasında görüş keçirilib.

ATU ilə əlaqələrin uğurlu inkişafına yönələn görüşdə nümayəndə heyəti AU-nun Diş həkimliyi fakültəsində elmi - pedoqoji fəaliyyətlə tanışlıqla bərabər, beynəlxalq stomatologiyanın aktual problemləri, o cümlədən qlobal miqyasda bu sahədə ən son tibbi texnologiyaların, elmi yeniliklər və beynəlxalq tədris standartlarının tətbiqi və s. məsələlərlə bağlı fikir mübadiləsi aparıb.

Görüşdən sonra ATU əməkdaşları fakültənin klinik bazası, elmi-tədqiqat infrastrukturu, tədris prosesi ilə də yaxından tanış olub.

Qeyd edək ki, universitetlər arasında səmərəli əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və inkişafını tənzimləyən bir neçə mühüm saziş və memorandum mövcuddur. Bu əməkdaşlıq çərçivəsində gerçəkləşdirilən səfər Azərbaycan Tibb Universiteti ilə Ankara Universiteti arasında mövcud əlaqələrin daha da möhkəmləndirilməsi və gələcək birgə layihələrin həyata keçirilməsinə xidmət edir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti