Şagird, tələbə və könüllülərə icbari sığorta haqqı ödəniləcək

Cəmiyyət Materials 3 İyul 2026 11:00 (UTC +04:00)
Şagird, tələbə və könüllülərə icbari sığorta haqqı ödəniləcək
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Dövlət qurumlarında istehsalat təcrübəsi keçən şagird və tələbələr, eləcə də könüllülərə icbari sığorta haqqı ödəniləcək.

Bu məsələ Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün videokonfrans formatında keçirilən iclasının gündəliyində yer alan “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksinin tapıb.

Mövcud qanunvericiliyə görə, dövlət orqanlarında, bələdiyyələrdə, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərdə, o cümlədən dövlət adından yaradılan publik hüquqi şəxslərdə və büdcə təşkilatlarında çalışan şəxslər, habelə istehsalat təcrübəsi (təlimi) keçən tələbə və şagirdlər, könüllü fəaliyyətin iştirakçısı olan könüllülər bu qanunla müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) icbari sığorta olunurlar.

Qanun layihəsinə əsasən, yuxarıda nəzərdə tutulan könüllü fəaliyyətin iştirakçısı olan könüllülərə münasibətdə sığorta haqqı onlarla bağlanmış müqavilənin qüvvəyə mindiyi, istehsalat təcrübəsi (təlimi) keçən tələbə və şagirdlərə münasibətdə isə istehsalat təcrübəsinin başlandığı tarixdən 15 iş günü müddətində ödəniləcək.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti