Avropa və Kanada müdafiə xərclərini 250 milyard dollar artıracaq - Rütte

Dünya xəbərləri Materials 2 İyul 2026 23:23 (UTC +04:00)
Avropa və Kanada müdafiə xərclərini 250 milyard dollar artıracaq - Rütte

Bakı. Trend:

Kanada və Avropa ölkələri yaxın iki il ərzində əlavə olaraq müdafiə ehtiyacları üçün 250 milyard dollar xərcləyəcək.

Bu barədə NATO-nun baş katibi Mark Rütte bildirib.

"Avropalılar yüksək templərlə güclənirlər, buna görə də iki il ərzində Kanada və Avropadan müdafiə ehtiyacları üçün 250 milyard məbləğində əlavə xərcləri görəcəyik", - deyə o, The Wall Street Journal qəzetinə müsahibəsində bildirib.

Rüttenin sözlərinə görə, 7-8 iyul tarixlərində Ankadara keçiriləcək qarşıdakı Şimali Atlantika Alyansı sammitinin əsas mövzusu bir il əvvəl verilmiş vədlərin həyata keçirilməsi olacaq.

"Bir il əvvəl Haaqadakı sammit vədlərə həsr olunmuşdu. Bu sammit isə maliyyələşdirmə, müdafiə sənayesinin istehsal həcmləri və Ukraynaya dəstək baxımından həmin vədlərin həyata keçirilməsinə həsr ediləcək", - deyə baş katib qeyd edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti