Fransa məhkəməsi Rusiyanın "kölgə donanması" ilə əlaqəli tanker sahibini cərimələyib

Dünya xəbərləri Materials 2 İyul 2026 22:39 (UTC +04:00)
Fransa məhkəməsi Rusiyanın "kölgə donanması" ilə əlaqəli tanker sahibini cərimələyib

Bakı. Trend:

Fransa məhkəməsi Rusiyanın “kölgə donanması”na aid edilən “Tagor” neft tankerinin sahibini bayraq qeydiyyatı qaydalarını pozmaq və hüquq-mühafizə orqanlarının göstərişlərinə tabe olmamaqda təqsirli bilərək 1 milyon avro cərimələyib.

Bu barədə Brest prokurorluğu məlumat yayıb.

Məlumata əsasən, may ayının sonunda Atlantik okeanında Fransa Hərbi Dəniz Qüvvələri tərəfindən saxlanılan tanker üzərindəki inzibati məhdudiyyətlər ləğv ediləcək və gəminin Fransa ərazi sularını tərk etməsinə icazə veriləcək.

Marşal adalarında qeydiyyatdan keçmiş gəmi sahibi günahını etiraf edib və cəriməni artıq ödəyib. Şirkət, həmçinin yaxın vaxtlarda gəmi üçün qanuni yeni bayraq qeydiyyatı almağı öhdəsinə götürüb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti