"Hondius" kruiz gəmisində hantavirusun yayılması başa çatıb - ÜST

Dünya xəbərləri Materials 3 İyul 2026 16:07 (UTC +04:00)
"Hondius" kruiz gəmisində hantavirusun yayılması başa çatıb - ÜST
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

"Hondius" kruiz gəmisində qeydə alınmış hantavirus infeksiyasının yayılması başa çatıb.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus bildirib.

Onun sözlərinə görə, xəstələrlə təmasda olmuş sonuncu sərnişin karantin müddətini başa vurub, virus testinin nəticəsi mənfi çıxıb və o, evinə qayıdıb.

Qeyd edək ki, mayın 25-dən bəri bu virusa yeni yoluxma halları qeydə alınmayıb.

Xatırladaq ki, Hantavirus infeksiyasının yayılması 2026-cı ilin aprel-may aylarında Atlantik okeanı üzrə dəniz səyahətinə çıxan "Hondius" gəmisində baş verib. Aprelin 11-də, gəminin Argentinadakı limandan çıxmasından 10 gün sonra bir Niderland vətəndaşı vəfat edib. Daha sonra onun həyat yoldaşı və Almaniyadan olan bir sərnişin də dünyasını dəyişib.

Ümumilikdə yoluxmadan 13 nəfər əziyyət çəkib, onlardan üçü həyatını itirib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti