Yaponiyada güclü zəlzələ baş verib

Dünya xəbərləri Materials 3 İyul 2026 10:16 (UTC +04:00)
Earthquake
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Yaponiyanın cənub-qərbində yerləşən Kume və Miyako adalarında 6,1 bal gücündə zəlzələ baş verib

Bildirilib ki, zəlzələ ocağı okean dibinin çox dayaz qatında yerləşib. Hazırda onun dəqiq dərinliyini müəyyənləşdirmək mümkün olmayıb.

Milli Meteorologiya İdarəsi, eyni zamanda ölkənin seysmoloji xidməti kimi fəaliyyət göstərən qurumun məlumatına görə, sunami təhlükəsi yoxdur və ciddi dağıntılar barədə məlumat daxil olmayıb.

Kume və Miyako adalarında kurort otelləri və digər turizm obyektləri fəaliyyət göstərir. Miyako adasında, həmçinin Yaponiya Silahlı Qüvvələrinin hərbi bazası yerləşir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti