Bakıda regional bağlantıya investisiyalar üzrə konfrans keçiriləcək - Avropa Komissiyasının Prezidenti

İqtisadiyyat Materials 1 İyul 2026 20:09 (UTC +04:00)
Bakıda regional bağlantıya investisiyalar üzrə konfrans keçiriləcək - Avropa Komissiyasının Prezidenti
Emin Əliyev
Emin Əliyev
Bütün xəbərlər

Bakı. Trend:

Regional bağlantının inkişafına investisiyalar üzrə konfransın üstünlük verildiyi təqdirdə Bakıda keçirilməsi istiqamətində çalışacağıq.

Trend-in xüsusi müxbiri xəbər verir ki, bunu Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata birgə bəyanatı zamanı deyib.

"Regional əməkdaşlığı və sabitliyi irəli aparmaq üçün çox az sayda ölkənin sizin ölkəniz kimi yerləşməsi var. Azərbaycan öz strateji coğrafiyasını artan iqtisadi, siyasi və regional nüfuzu ilə düşünülmüş şəkildə birləşdirir. Məhz buna görə biz Avropa İttifaqı-Azərbaycan Bağlantı Tərəfdaşlığının başlanılmasını təklif edirik. Bu, nəqliyyat, enerji və rəqəmsal bağlantını əhatə etməklə Yüksəksəviyyəli Bağlantı Dialoqu ilə sıx bağlıdır. Həmçinin yaxşı olardı ki, burada - Bakıda Regional Bağlantı Sərmayə Konfransının təşkil edilməsi üzərində də işləyək. Beləliklə Avropanı, Cənubi Qafqazı və Mərkəzi Asiyanı bir araya gətirəcəyik", - deyə o bildirib.

Xəbər lenti

Xəbər lenti