Venesuelada zəlzələ qurbanlarının sayı 2295 nəfərə çatıb

Dünya xəbərləri Materials 2 İyul 2026 01:08 (UTC +04:00)
Venesuelada zəlzələ qurbanlarının sayı 2295 nəfərə çatıb

Bakı. Trend:

Venesuelada baş vermiş güclü zəlzələ nəticəsində həlak olanların sayı 2295 nəfərə çatıb.

Bu barədə Venesuela Milli Assambleyasının sədri Xorxe Rodriges ölkənin dövlət televiziyasına açıqlamasında məlumat verib.

Hazırda xilasedicilər dağıntılar altında axtarış-xilasetmə əməliyyatlarını davam etdirirlər.

Xatırladaq ki, iyunun 24-ü axşam saatlarında Venesuelada təxminən 40 saniyə fasilə ilə 7,2 və 7,5 maqnitudalı iki güclü zəlzələ baş verib. Zəlzələ nəticəsində yaşayış və inzibati binalara ciddi ziyan dəyib, bir sıra bölgələrdə infrastruktur dağılıb.

Xəbər lenti

Xəbər lenti