QDTİB yaxın aylarda üzv ölkələrdə yeni tədbirlər keçirməyi planlaşdırır

İqtisadiyyat Materials 1 İyul 2026 10:59 (UTC +04:00)
QDTİB yaxın aylarda üzv ölkələrdə yeni tədbirlər keçirməyi planlaşdırır
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı.Trend:

Qara Dəniz Ticarət və İnkişaf Bankı (QDTİB) yaxın aylarda üzv ölkələrdə yeni tədbirlər keçirməyi planlaşdırır.

Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bunu Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) prezidenti Serhat Köksal Bakıda keçirilənİdarəedicilər Şurasının 28-ci İllik Toplantısında deyib.

Köksalın sözlərinə görə, bank əməliyyat fəaliyyətinin istənilən səviyyədə olmadığı üzv ölkələrlə əməkdaşlığın genişləndirilməsinə xüsusi diqqət yetirməkdə davam edir.

"Ötən ilin sentyabrında QDTİB Kişinyovda biznesin inkişafı və tərəfdaşlarla əməkdaşlığın genişləndirilməsinə həsr olunmuş uğurlu tədbir keçirib.

Ümid edirik ki, bu təcrübədən gələcək fəaliyyətimiz üçün model kimi istifadə edəcəyik. Məqsədimiz bankın regionda mövcudluğunu daha görünən etmək, bankların, şirkətlərin və dövlət qurumlarının QDTİB-nin imkanları barədə məlumatlı olmasını təmin etmək və onu inkişaf planlarının həyata keçirilməsi üçün alternativ və operativ maliyyə mənbəyi kimi nəzərdən keçirmələrinə nail olmaqdır", - deyə Bank prezidenti bildirib.

Köksal qeyd edib ki, növbəti tədbir Bakıda keçiriləcək "Bazarların əlaqələndirilməsi, iqtisadiyyatların şaxələndirilməsi: Azərbaycan regional mərkəz kimi" Biznes Forumu olacaq.

Onun sözlərinə görə, forum Azərbaycanın biznes perspektivləri və iqtisadi imkanlarına həsr olunacaq.

"Yaxın aylarda digər üzv ölkələrdə də əlavə tədbirlər keçirməyi planlaşdırırıq", - deyə QDTİB prezidenti bildirib.

O həmçinin vurğulayıb ki, bank ardıcıl və idarəolunan artım kursuna sadiq qalmaqda davam edir.

"Əminik ki, 2025–2026-cı illər üçün ortamüddətli strategiya və biznes planında nəzərdə tutulan aktiv inkişaf ssenarisini həyata keçirə biləcəyik və 2027–2030-cu illər üçün ortamüddətli strategiya və biznes planı hazırlanarkən də dayanıqlı artıma sadiqliyimizi qoruyacağıq", - deyə Köksal qeyd edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti