Göyçayda iki avtomobil toqquşub, 83 yaşlı sürücü ölüb

Hadisə Materials 1 İyul 2026 09:33 (UTC +04:00)
Göyçayda iki avtomobil toqquşub, 83 yaşlı sürücü ölüb
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Göyçay rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

01.07.1942-ci il təvəllüdlü Osmanov Ağalar Şamil oğlunun idarə etdiyi “VAZ 21064” markalı avtomobil əks istiqamətdə hərəkətdə olarkən Abbasov Araz Arzum oğlunun idarə etdiyi “Kia Ceed” markalı avtomobillə toqquşub.

Toqquşmadan sonra A. Osmanovun idarə etdiyi avtomobil idarəetmədən çıxaraq Şirvan kanalının Göyçay rayonunun Cəyirli kəndindən keçən hissəsinə aşıb. Nəticədə sürücü hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti