Beyləqanda piyada avtomobil vurması nəticəsində xəsarət alıb (YENİLƏNİB)

Hadisə Materials 1 İyul 2026 21:38 (UTC +04:00)
Beyləqanda piyada avtomobil vurması nəticəsində xəsarət alıb (YENİLƏNİB)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Beyləqan. Trend:

Beyləqan rayonunda yol-nəqliyyat hadisəsi səbəbilə 1973-cü il təvəllüdlü şəxs (kişi) 01.07.2026-cı il tarixində saat 18:00 radələrində Beyləqan Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Trend xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.

Ona sol aşıq baldır oynağının qapalı yerdəyişən sınığı diaqnozu təyin edilib.

Pasiyentə zəruri tibbi yardım göstərilib və ixtisaslı tibbi yardımın göstərilməsi üçün Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna təxliyə olunub.

XXX

21:34

Beyləqan rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Trend-in Qarabağ bürosunun məlumatına görə, qəza rayonun Allahyarlı kəndi ərazisində qeydə alınıb. Belə ki, kənd sakini, 1973-cü il təvəllüdlü Tahir Dadaş oğlu Təhməzov yolu keçmək istəyən zaman hərəkətdə olan “Mercedes” markalı avtomobil onu vurub.

Hadisə nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan T. Təhməzov Beyləqan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti