Avropa Komissiyasının Prezidenti Cənubi Qafqazda sülhün dəstəklənməsi üçün 20 milyon avroluq proqram elan edib

İqtisadiyyat Materials 1 İyul 2026 20:18 (UTC +04:00)
Avropa Komissiyasının Prezidenti Cənubi Qafqazda sülhün dəstəklənməsi üçün 20 milyon avroluq proqram elan edib
Emin Əliyev
Emin Əliyev
Bütün xəbərlər

Bakı. Trend:

Avropa Komissiyası Cənubi Qafqazda sülhün dəstəklənməsi üçün 20 milyon avroluq yeni proqram elan edib.

Trend-in xüsusi müxbiri xəbər verir ki, bu barədə Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata birgə bəyanatı zamanı bildirib.

"Açıqladığım ikinci yeni xəbər 20 milyon avro dəyərində olan sülhün inkişafı proqramı ilə bağlıdır. Biz sülhün regionda bərqərar olmasına, sülhün verdiyi faydaların insanların, sərhəd regionlarında yaşayanların gündəlik həyatlarında görünməsinə birlikdə kömək etmək istəyirik. Biz, məsələn, təcili yardım maşınlarının təchiz olunması ilə daha yaxşı səhiyyəyə sərmayə yatıracağıq. Biz, həmçinin minatəmizləmə vasitəsilə təhlükəsizliyə diqqət yetirəcəyik. Biz kənd yerlərinin inkişafı, suyun təchizatı, bu günün dili ilə desək, dəqiq əkinçilik və bu kimi sahələr vasitəsilə daha güclü yerli icmaların inkişafına sərmayə yatıracağıq və əlbəttə ki, kiçik və orta müəssisələrə dəstək göstərəcəyik", - deyə o bildirib.

Xəbər lenti

Xəbər lenti