Bakı. Trend:
Qətərdə dondurulmuş İran aktivləri ilə bağlı vəziyyət hələ də qeyri-müəyyən olaraq qalır.
Bu barədə “New York Post” ABŞ rəsmisinə istinadla məlumat yayıb.
Məlumata görə, Qətərdə saxlanılan və ümumi həcmi 6 milyard dollar qiymətləndirilən İran vəsaitləri hələ də Tehranın istifadəsinə verilməyib.
Nəşrə danışan mənbə bildirib ki, “dondurulmuş aktivlər azad edilməyib və İran anlaşma memorandumunun şərtlərinə əməl edənə qədər bu vəsaitlərin sərbəst buraxılması gözlənilmir”.
Onun sözlərinə görə, Tehran vəsaitlərin birdəfəlik köçürülməsində maraqlıdır, lakin Vaşinqton mərhələli yanaşmanı üstün tutur. ABŞ tərəfi bu vəsaitlərin əsasən humanitar təchizatçılar vasitəsilə bölünərək istifadə olunmasını təklif edir.