Süni intellekt gənc tədqiqatçılar və inkişaf etməkdə olan ölkələr üçün yeni imkanlar yaradır - Ekspert

Cəmiyyət Materials 30 İyun 2026 12:21 (UTC +04:00)
Süni intellekt gənc tədqiqatçılar və inkişaf etməkdə olan ölkələr üçün yeni imkanlar yaradır - Ekspert
Xəyal Hətəmzadə
Xəyal Hətəmzadə
Bütün xəbərlər

Bakı. Trend:

Süni intellekt gənc tədqiqatçılar və elmi potensialı inkişaf etməkdə olan ölkələr üçün yeni imkanlar yaradır.

Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bunu ABŞ-ın Kanzas Dövlət Universitetinin Biznes Kollecinin dekan müavini, maliyyə kafedrasının dosenti və CFA kvalifikasiyasının sahibi Səbuhi Sərdarlı ADA-nın IX Beynəlxalq Təhsil Konfransında çıxışı zamanı deyib.

"Süni intellekt orta inkişaf səviyyəsinə malik ölkələr və gənc tədqiqatçılar üçün böyük imkanlar açır. Hazırda onların bu dəyişikliklərdən yararlanmaq şansı var. Lakin bu imkan pəncərəsi uzun müddət açıq qalmayacaq, çünki digərləri də yeni texnologiyalara sürətlə uyğunlaşırlar", - deyə o bildirib.

S.Sərdarlının sözlərinə görə, süni intellektin inkişafı elmi tədqiqatların aparılması prosesini xeyli sürətləndirib və ucuzlaşdırıb.

"Əvvəllər bir tədqiqatın hazırlanması üçün bir neçə elmi assistent, bahalı məlumat bazalarına çıxış və təxminən altı ay vaxt tələb olunurdusa, bu gün bir çox hallarda bir nəfər həmin işi bu müddətin təxminən dörddə biri ərzində görə bilir", - deyə ekspert qeyd edib.

O əlavə edib ki, son bir ildə məlumatların təhlili və elmi tədqiqatların hazırlanması xərcləri əhəmiyyətli dərəcədə azalıb.

"Son araşdırmalardan birinə görə, cəmi son 12 ay ərzində məlumatlardan nəticə əldə edilməsinin həm vaxt, həm də maliyyə baxımından dəyəri təxminən 50 faiz azalıb. Bu proses isə sürətlənməkdə davam edir", - deyə S.Sərdarlı vurğulayıb.

Onun fikrincə, ölkələr süni intellektin yaratdığı üstünlüklərdən artıq indidən istifadə etməlidirlər.

"Dünya çox sürətlə dəyişir və biz bu dəyişikliklərdən maksimum faydalanmağa imkan verəcək mövqe tutmalıyıq", - deyə o sözlərini yekunlaşdırıb.

Xəbər lenti

Xəbər lenti