Bakı. Trend:
ABŞ və İran nümayəndələri iyunun 30-da Qətərdə danışıqlar aparacaq.
Bu barədə məlumatı ABŞ prezidenti Donald Tramp "Truth Social"da açıqlayıb.
Tramp qeyd edib ki, İran görüş tələb edib və görüş sabah Dohada keçiriləcək.
Amerika prezidenti təfərrüatları açıqlamayıb.
Qərb mediası ABŞ və İran arasında texniki danışıqların Qətərdə keçirilə biləcəyini bildirmişdi. Tərəflərin əvvəllər imzaladıqları anlaşma memorandumunun müddəalarının ortaq şərhini axtarmaları gözlənilir.
