Avropa İttifaqının dəstəyi bütün regionun maraqlarına xidmət edir - Anuar Əl-Anuni

Dünya xəbərləri Materials 29 İyun 2026 17:45 (UTC +04:00)
Avropa İttifaqının dəstəyi bütün regionun maraqlarına xidmət edir - Anuar Əl-Anuni
Elvin Səlimov
Elvin Səlimov
Bütün xəbərlər

Bakı. Trend:

Avropa İttifaqının Livana dəstəyi təkcə bu ölkənin deyil, həm də bütün regionun maraqlarına xidmət edir.

Bunu Avropa İttifaqının (Aİ) xarici əlaqələr təhlükəsizlik siyasəti üzrə mətbuat katibi Anuar Əl-Anuni bildirib.

"Biz Livanın sabitliyi və təhlükəsizliyinə sarsılmaz dəstək verməyə davam edəcəyik ki, bu da təkcə Livanın özünə deyil, həm də bütün regiona fayda verəcək", - deyə sözçü bildirib.

O, 18-19 iyun tarixlərində keçirilən son Aİ sammitinin nəticələrində Aİ-nin Livan Silahlı Qüvvələrinə "CSDP (Ümumi Təhlükəsizlik və Müdafiə Siyasəti - İF) çərçivəsində mümkün bir missiya vasitəsilə" dəstəyindən xüsusi olaraq bəhs edildiyini xatırladıb. Əl-Anuni həmçinin qeyd edib ki, Avropa Sülh Fondu vasitəsilə Livan ordusu üçün 100 milyon avro yardım təsdiqlənib. Onun sözlərinə görə, bu tədbir Livan hökumətinin hərbi silahlara sahib olmaq üzərində dövlət inhisarını yaratmaq səylərini dəstəkləyəcək.

İsrail, Livan və ABŞ arasında İsrail qoşunlarının cənubi Livandan qismən çıxarılmasının başlanmasını nəzərdə tutan üçtərəfli çərçivə saziş barədə danışan nümayəndə bunu Livanla İsrail arasında gərginliyin azaldılması və sülh yolunda "zəruri addım" adlandırıb.

Əl-Ənuni bildirib ki, bütün tərəfləri, xüsusən də bu yeni üçtərəfli hərbi koordinasiya çərçivəsində öhdəliklərə əməl etməyə çağırırlar. O vəziyyətin həllinin BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsinin icrasına əsaslanmalı olduğunu qeyd edib. Qətnamədə bütün silahlı qüvvələrin Livan ərazisindən çıxarılması və Livan daxilindəki bütün qeyri-dövlət silahlı qrupların tərksilah edilməsi tələb olunur.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti