Venesuelada zəlzələ qurbanlarının sayı 1719 nəfərə yüksəlib

Dünya xəbərləri Materials 29 İyun 2026 23:06 (UTC +04:00)
Venesuelada zəlzələ qurbanlarının sayı 1719 nəfərə yüksəlib

Bakı. Trend:

Venesuelada baş verən güclü zəlzələnin qurbanlarının sayı artmaqda davam edir.

Bu barədə Venesuela parlamentinin sədri Xorxe Rodriqes açıqlama verib.

Onun sözlərinə görə, təbii fəlakət nəticəsində həyatını itirənlərin sayı 1719 nəfərə, xəsarət alanların sayı isə 5034 nəfərə yüksəlib.

Qeyd edək ki, daha əvvəl ölənlərin sayının 1430 nəfər olduğu açıqlanmışdı.

Xəbər lenti

Xəbər lenti