İsrail ordusu Livanın cənubunu bombalayıb

Dünya xəbərləri Materials 27 İyun 2026 22:08 (UTC +04:00)
İsrail ordusu Livanın cənubunu bombalayıb

Bakı. Trend:

İsrail qırıcıları axşam saatlarında Livanın Yuxarı Nəbatiyə bölgəsini bombalayıb.

Bu barədə Livanın "NNA" xəbər agentliyi məlumat verib.

İsrailə məxsus pilotsuz uçuş aparatları da günortadan sonra Yuxarı Nəbatiyədəki Mənzələ bölgəsinə 4 hücum həyata keçirib.

Məlumatda İsrail hərbi qüvvələrinin Tire rayonundakı Buyut əs-Sayyad qəsəbəsinə doğru pulemyotlardan atəş açdığı da bildirilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti