Bakı. Trend:
Azərbaycan cüdoçuları Çexiyanın paytaxtı Praqada təşkil olunan Avropa Açıq Turnirini dörd medalla başa vurublar.
Yarışın son günündə 100 kq çəki dərəcəsində mübarizə aparan Əjdər Bağırov finala yüksələrək gümüş medala layiq görülüb.
Turnirin ilk günündə isə 66 kq çəki dərəcəsində çıxış edən Elşən Əsədov bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıb. Həmin çəki dərəcəsində Rəşad Yelkiyev gümüş medala sahib çıxıb. Kamran Süleymanov isə 73 kq çəki dərəcəsində bürünc mükafata yiyələnib.
Beləliklə, Azərbaycan yığması Praqadakı turniri bir qızıl, iki gümüş və bir bürünc olmaqla ümumilikdə dörd medalla başa vurub. Komanda hesabında 38 ölkə arasında altıncı yeri tutan millimiz kişilərin yarışında Fransa ilə ikinci və üçüncü pillələri bölüşüb.
