Bakı. Trend:
Fransanın şimal-şərqində Almaniyada qeydiyyatdan keçmiş "Pilatus" markalı təyyarənin qəzaya uğraması nəticəsində 11 nəfər ölüb.
Məlumata görə, qəza zamanı beş təlimçi, beş paraşüt idmanı həvəskarı və təyyarənin pilotu həlak olub.
Hadisə ilə əlaqədar Fransanın daxili işlər naziri Loran Nunyes
qəza yerinə yollanıb.