Disney 2026-cı ildə rekord qazanc əldə edib

Dünya xəbərləri Materials 27 İyun 2026 12:35 (UTC +04:00)
Disney 2026-cı ildə rekord qazanc əldə edib
Elvin Səlimov
Elvin Səlimov
Bütün xəbərlər

Bakı. Trend:

Disney 2026-cı ildə rekord həddə, daha dəqiq desək 3 milyard dollar qazanc əldə edib.

Xarici media yazır ki, gəlirin əsasını bir neçə film təşkil edir.

Onların sıraslnda "Oyuncaqların hekayəsi – 5" (artıq 367 milyon dollardan çox), "İblis Prada Geyinir 2" (677,6 milyon dollar, hər iki filmin gəliri 1 milyard dolları keçib), "Ulduz müharibələri: Mandaloriyalı və Qroqu" (323 milyon dollar), "Tullanışçılar" cizgi filmi (372 milyon dollar) və "Kömək edin!" (94 milyon dollar).

Statistikaya həmçinin 2025-ci ildəki uğurlar, o cümlədən "Avatar: Od və Kül" və "Zootopia 2" də daxildir.

Disney son on ildə doqquz dəfə qlobal liderliyi ələ keçirib. Studiyanın ilin sonuna qədər daha bir neçə böyük buraxılışı var: Eyniadlı "Moana" cizgi filmi əsasında çəkilmiş "Moana" filmi(10 iyul), Ridli Skottun "İt bürcü" filmi (28 avqust), "Billi və Sehr Dünyası" cizgi filmi (25 noyabr) və "Qisasçılar: Doktor Dum" (18 dekabr).

Məqalədə:

Xəbər lenti

Xəbər lenti