“Neftçi” daha bir transferini reallaşdırıb

İdman Materials 27 İyun 2026 02:54 (UTC +04:00)
“Neftçi” daha bir transferini reallaşdırıb

Bakı. Trend:

“Neftçi” daha bir transferini reallaşdırıb.

Slovakiyalı hücumçu Lyubomir Tupta "ağ-qaralar"ın heyətinə qoşulub.. 28 yaşlı futbolçu ilə 2+1 illik müqavilə bağlanıb. O, 29 nömrəli formanı geyinəcək.

Hər iki cinahda vinger kimi də oynaya bilən Lyubomir sonuncu klubu AEL-də 2025/26 mövsümündə Yunanıstan çempionatında 35 matçda 8 qol, 3 assist müəllifi olub. İtaliya, Polşa, İsveçrə və Çexiya liqalarında da çıxış etmiş Tupta 2023-cü ildə debüt etdiyi Slovakiya milli komandasının heyətində 21 oyun keçirib.

Xəbər lenti

Xəbər lenti